Caterpillar®-ın dünyadakı ən böyük uğurlarından biri sertifikatlaşdırılmış reviziya tətbiqidir. Caterpillar uzun illərdir dünyanın dörd bir yanındakı müəssisələrində bu praktikanı tətbiq etməyə davam edir. Bu tətbiqlə maşın və/və ya komponent Cat standartlarına uyğun olaraq reviziya edilir və sertifikatlaşdırılır, və onun yararlılıq müddəti yenilənir.

Reviziya həlləriniz üçün sizə beş müxtəlif alternativ təklif edirik.

Sərfəli paketlər

Bu paket mühərriki maşından söküb çıxarmadan planlaşdırılmış reviziya həyata keçirmək imkanı verir. Bu paketi sadəcə detalları götürərək özünüz də tətbiq edə bilərsiniz. Bunu mühərriki maşından çıxarmadan edə bilərsiniz. Həm vaxt, həm də pula qənaət edərək müştərilərimizə dəyər qatacaq sərfəli paketimizlə maraqlanırsınızsa, bizimlə əlaqə saxlaya bilərsiniz.

Reviziya Paketləri

Reviziya paketinin məqsədi müştərilərimizə hər hansı nasazlıq yaranmazdan əvvəl reviziya təklif etməkdir. Mühərrikin hansı detallarının dəyişdiriləcəyi və nə qədər ödəniş edəcəyiniz barədə mühərrikinizi bizim servisə gətirməzdən əvvəl məlumat ala bilərsiniz. Tələbatınıza uyğun sabit qiymət və sürətli təklif üstünlüyü təqdim edən reviziya paketlərimizlə maraqlanırsınızsa, bizimlə əlaqə saxlaya bilərsiniz.

Sertifikatlaşdırılmış Reviziyalar

Müştərilərimizin maşın və komponentlərinin yararlılıq müddətini yeniləyərək onlara dəyər qatırıq. Bütünlükdə maşının və ya hər hansı komponentin reviziyası olmaqla müxtəlif alternativlər təklif edirik. CAT-in dəstəyilə müştərilərimizin reviziyalarını zəmanət üzrə BorusanCAT keyfiyyəti ilə təmin edirik.

Komplektləşdirmə və dəyişdirmə alternativləri

Komponentlərinizin reviziya vaxtı gəldikdə və ya hər hansı nasazlıq olduqda BorusanCAT tərəfindən reviziya edilmiş və ya heç istifadə edilməmiş komponentləri sizə veririk. Bununla da maşının qeyri-işlək vəziyyətdə qalma müddətini azaldaraq fəaliyyətinizə dəyər qatmağı hədəfləyirik. Dəyişdirmə üsulu ilə komponentinizi ehtiyatda olan komponentlərimizdən biri ilə dəyişdirə və ya komponentiniz servisimizdə olduğu müddətdə ehtiyatdakı komponentlərimizdən birini icarəyə götürə bilərsiniz.

Yeni komponent

İstədiyiniz halda ehtiyatdakı yeni komponentlərimizdən almağı da düşünə bilərsiniz. Maşının qeyri-işlək vəziyyətdə qalma müddətini azaldır, CAT zəmanəti ilə yeni komponentləri texnikalarınıza quraşdıra bilərsiniz.